10 may 2026-cı il tarixində Ordubad rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdən əvvəl iştirakçılar Ordubad şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə tər çiçəklər düzərək dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclisində Ordubad rayonunu təmsil edən deputatlar, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, icra nümayəndələri, bələdiyyə sədrləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daha sonra tədbirin bədii hissəsi Ordubad şəhərində yerləşən tədbirlər meydanında davam edib. Rayon mədəniyyət müəssisələrinin kollektivlərinin təqdim etdikləri konsert proqramında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş, eləcə də vətənpərvərlik ruhunda musiqilər səsləndirilərək ədəbi-bədiii kompozisiya təşkil olunub.