ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Unus kəndində şəhid Yusifov Vüsal Nizami oğlunun xatirəsi yad olunub

      09 avqust 2019-cu il tarixdə “Soyuqdağ” yüksəkliyində hərbi xidmət vəzifələrini icra edən zaman şəhidlik zirvəsinə ucalan Yusifov Vüsal Nizami oğlunun xatirəsinə anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, Unus kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Unus kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, şəhidimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib.

   Çıxışlarda şəhidimizin həyatı və döyüş yolu barədə məlumat verilib. Həmçinin, müstəqilliyimizin qorunması, ərazi bütövlüyümüzün müdafiəsi, suverenliyimizin bərpa olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinin hər zaman hörmət və ehtiramla yad edildiyi vurğulanıb.

       Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına yüksək diqqət və qayğı göstərilir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. 

   Məktəblilər tərəfindən şəhidin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.