ŞRİFTİN ÖLÇÜSÜ
ŞRİFTİN NÖVÜ
San-Serif Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Xanağa kəndində şəhid Sadiqov Ramil Zakir oğlunun xatirəsi yad olunub

25 noyabr 1998-cİ il tarixdə hərbi xidməti vəzifələrini yerinə yetirən zaman şəhidlik zirvəsinə yüksələn Sadiqov Ramil Zakir oğlunun doğum günü ilə əlaqədar Ordubad rayonunun Xanağa kəndində tədbir keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ramil Nəbiyev, hüquq və muhafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

  Tədbirdə şəhidimizin məzarı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub, çıxışlar dinlənilib. İştirakçılar şəhidimizin əziz xatirəsini hörmət və ehtiramla yad ediblər.

   Məktəblilər tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.