Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızın əziz xatirəsi daim ehtiramla anılır. Belə qəhrəmanlardan olan şəhid İbrahimov Əşrəf İbrahim oğlu və şəhid Nəsibov Vüqar Şəmil oğlunun anım günü ilə əlaqədar Ordubad şəhərində tədbir keçirilib. Anım mərasimi şəhidlərimizin uyuduğu Ordubad şəhər Şəhidlər Xiyabanında baş tutub. Tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar. Məras...
Ətraflı2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində, 17 may 2025-ci il tarixində Ordubad rayonu ərazisində növbəti yaşıllaşdırma və abadlıq işləri həyata keçirilib. Görülən işlərin davamı olaraq Ordubad–Naxçıvan magistral yolunun kənarlarında, eləcə də rayonun digər yaşıllıq sahələrində və bağlarında alaq otları biçilib, ağaclara və çoxillik gül kollarına aqrotexniki qulluq göstərilib. Eyni zamanda ərazilər tullantılardan təmizlənib və suvarma i...
ƏtraflıAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinin yerində araşdırılması və mövcud problemlərin operativ həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 2025-ci il 16 may tarixində Düylün kəndində səyyar qəbul keçirib. Görüşdə icra hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatların rəhbərləri, kəndin icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. Ordubad Rayon...
Ətraflı
Ordubad rayonunda erkən və qohum nikahların cəmiyyətə, ailəyə və fərdlərə vurduğu mənfi təsirlərin izah olunması məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbir Ordubad şəhər İnternat tam orta məktəbində baş tutub. Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən maarifləndirici görüşdə müvafiq yaş qrupuna aid məktəblilər iştirak ediblər. Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları Abbas Məmmədli və Qiymət Hacıyeva, eləcə də Ordubad şəhər İnternat tam orta...
Ətraflı15 may 2025-ci il tarixində Ordubad rayonunda “Əməyin mühafizəsi və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlim təşkil olunub. Tədbir Ordubad Rayon İcra Hakimiyyəti və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən təlimdə İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi nümayəndəliklərinin təmsilçiləri, eləcə də müxtəlif idarə, təşkilat və müəssisələrin nümayəndələri iştirak edibl...
Ətraflı