Ordubad Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir təşkil olunub. Ordubad rayon Peşə liseyində keçirilən tədbirdə rayonun müxtəlif idarə, təşkilat və müəssisələrini təmsil edən gənclər iştirak ediblər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Da...
ƏtraflıOrdubad rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqilliyimiz əbədi, inkişaf isə məqsədimizdir!” mövzusunda tədbir keçirilib. İlk olaraq Ulu Öndər Heydər Əliyevin Ordubad şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Ordubad rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Ordubad Rayon Icra Hakimiyyəti başçısının birinci müavini Elvin Məmmədov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Faiq Səfərov, Naxçıvan Dövl...
Ətraflı
Azərbaycan, geostrateji mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində regionun əsas logistika mərkəzlərindən birinə çevrilmişdir. Ölkə üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri – Şərq-Qərb və Şimal-Cənub marşrutları, habelə Zəngəzur dəhlizi kimi strateji layihələr Azərbaycanın tranzit potensialını daha da artırır. Məhz müasir nəqliyyat infrastrukturu ölkəni regionun əsas tranzit mərkəzlərindən biri halına gətirib. Bu istiqamətdə aparılan islaha...
Ətraflı
1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəməncasına şəhid olan Ağayev Elşad Bayram oğlunun xatirəsi ehtiramla yad edilib, anım günü ilə əlaqədar məzarı ziyarət olunub. 26 yanvar 2025-ci il tarixdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq ərazidən seçilən deputatı İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Polis şöbəsinin, müvafiq ər...
Ətraflı
Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən Antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Quluzadə Nihat Qasım oğlunun doğum günü ilə əlaqədar olaraq Unus kəndində məzarı ziyarət olunub. 24 yanvar 2025-ci ildə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq ərazidən seçilən deputatı, eləcə də İcra H...
Ətraflı