Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bir sıra dövlət orqanları üzrə dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elan edib. Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən müsabiqənin B növü üzrə 1 vəzifə müsahibəyə çıxarılıb. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 5 fevral 2025-ci il tarixindən 6 mart 2025-ci il tarixinədək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər...
Ətraflı
Atlet Əmrah Nağıyev daha bir uğura imza atıb. 31 yanvar – 01 fevral tarixlərində atletika üzrə keçirilən ölkə çempionatda Naxçıvan Muxtar Respublikasını təmsil edən Əmrah Nağıyev 3000 metr məsafəyə qaçış yarışında qızıl medal qazanıb. Bakı Atletika Mərkəzində 2 gün davam edən yarışda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı, Gədəbəy və Xızını təmsil edən 130 atlet mübarizə aparıb. Finişə rəqiblərindən öndə çatan atlet bu məsafədə 9 dəqiqə 37.81 saniyəlik ...
Ətraflı
Vətən müharibəsi şəhidi Əliyev Asiman Vaqif oğlunun xatirəsi Düylün kəndində yerləşən Şəhidlər Abidəsi önündə yad edilib. 03 fevral 2025-ci il tarixdə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin, Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik Xidmətinin, Polis şöbəsinin, Düylün kənd tam orta məktəbinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxışlar dinlənilib, şəhidimizin ruhuna dualar oxunub. Çıxı...
Ətraflı
Azərbaycan gəncliyi ölkəmizin gələcəyi, onun inkişafının əsas aparıcı qüvvəsidir. Gənclərin hərtərəfli inkişafı, təhsil almaları, dövlət quruculuğunda fəal iştirak etmələri və cəmiyyətə faydalı vətəndaşlar kimi yetişmələri müasir Azərbaycan siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə həyata keçirilən dövlət strategiyasının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1997-ci ildə məhz onun təşəbbüsü ilə 2 fevral tarixi "Azərbaycan Gəncləri G...
Ətraflı
Ordubad Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral – Gənclər Günü münasibətilə tədbir təşkil olunub. Ordubad rayon Peşə liseyində keçirilən tədbirdə rayonun müxtəlif idarə, təşkilat və müəssisələrini təmsil edən gənclər iştirak ediblər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Da...
Ətraflı